Menu
Geri İrəli

“Facebook”da daha bir yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2017 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur
Share Button

facebook“Facebook” şirkəti yeni “Messenger Kids” proqramını istifadəyə verir. Yeni əlavə valideynlərə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır.

sumqayitxeber.com-un  Trend-ə istinadən xəbərinə görə, bu barədə sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.

“Bu gün təqdim etdiyimiz əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək”, – şirkətin məlumatında qeyd olunur.

“Messenger Kids” proqramı valideynlərin səhifəsi vasitəsilə nəzarət olunur. Bununla da uşaqlar yalnız valideynlər tərəfindən təsdiq edilmiş şəxslərlə əlaqə qura biləcək.

Yeni əlavədə reklam yerləşdirilməyəcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın