Menu
Geri İrəli

“Facebook”da problem yarandı

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Sentyabr 2017 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur

facebook_24756667“Facebook” sosial şəbəkəsində qlobal miqyasda problem müşahidə olunur.

İKT.lent.az-ın xəbərinə görə, bu gün dünya üzrə milyonlarla istifadəçi öz səhifəsinə daxil olmaqda çətinlik çəkib. Bəzi istifadəçilər isə səhifələrində yazı və ya foto yerləşdirməyin qeyri-mümkün olduğu haqda bildiriş alıblar.

Nasazlığın səbəbi hələlik dəqiq məlum deyil. “Facebook” administrasiyası problemi həll etməyə çalışır. Lakin “newsru.co.il” xəbər verir ki, problem sosial şəbəkənin saxta xəbərlərlə mübarizənin gücləndirildiyi və yeni məhdudiyyətlərin tətbiq olunduğu barədə bəyanatından sonra yaranıb.

Qeyd edək ki, hələlik Azərbaycandakı “Facebook” istifadəçilərindən şikayət daxil olmayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın