Menu
Geri İrəli

Facebookda yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur

1438275306_facebook-logo

“Facebook sosial şəbəkəsi istifadəçilərinin hesabları xüsusi xidmətlər tərəfindən sındırılarsa xəbərdarlıq ediləcək”.

Bu barədə şirkətin rəsmi bloqunda bildirilib.

“Biz istifadəçilərin kompromata uğramış hesablarını qorumaq üçün hər zaman tədbir görürük. Bununla yanaşı əgər hücumun dövlət tərəfindən maliyyələşdirilən şəxslər tərəfindən edildiyinə dair ciddi şübhələrimiz olarsa əlavə bildirişlər göstərmək qərarına gəlmişik. Biz bunu edəcəyik, belə ki, bu qəbildən olan hücumlar daha yayılmış və təhlükəlidir, biz insanları öz hesablarının təhlükəsizliyi üçün tədbirlər görməyə motivasiya edəcəyik” – məlumatda deyilir.

Daha öncə özlərini “Adsız İttifaq” adlandıran bir qrup şəxs, şəxsi səhifə üçün yalnız real adların istifadəsini tələb edən sosial şəbəkə siyasəti ilə mübarizə aparacaqlarını elan etmişdilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın