Menu
Geri İrəli

“Facebook”da yeniliklər tətbiq olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2015 • Baxış sayı: 432 dəfə • Şərh yoxdur

facebook“Facebook” sosial şəbəkəsi indiyə qədər avtomatik alqoritm vasitəsilə tənzimlənən xəbər lentinin iş prinsipinin dəyişdiyini elan edib. İKT.lent.az-ın xəbərinə görə, yeniliklər şəbəkənin informasiya portalında əksini tapıb.

 Artıq istifadəçilər daha çox hansı tip materialları və hansı istifadəçinin paylaşımlarını görmək istədiklərini seçmək və onları əhəmiyyətinə görə sıralamaq imkanı əldə ediblər. Belə ki, istifadəçilər statuslarını və paylaşımlarını ilk növbədə görmək istədikləri insanların siyahısını tərtib edə biləcəklər. Bu şəxslərin yazıları xəbər lentində ön planda çıxacaq, digər paylaşımlar isə aşağıda qalacaq.

 “Facebook”un proqram tərtibatçıları səhifəyə əlavə bölmə də daxil ediblər ki, onun köməyi ilə istənilən şəxsin və qrupun yenilənən bildirişlərindən imtina etmək mümkündür.

 Bundan başqa, “Facebook” maraqlı səhifələrin axtarışını da asanlaşdırıb. Hər istifadəçinin şəbəkədəki davranışı və bəyəndiyi səhifələr əsasında sistem ona maraqlı səhifələrin fərdi siyahısını təklif edəcək. Əslində bu cür sistem mövcud di, söhbət onun iş prinsipinin dəyişməsindən gedir.

 Yeniliklər artıq iOC üçün əlçatandır, yaxın həftələr ərzində digər platformalar üçün də yenilənmə olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın