Menu
Geri İrəli

“Facebook”dan daha bir- Yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2014 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur

Dünyada ən böyük sosial şəbəkənin məxsus olduğu “Facebook Inc.” şirkəti istifadəçilərinə anonim ünsiyyət qurmağa imkan verəcək mobil əlavə hazırlayacaq. 

 “Qafqazinfo” buro247.az-a istinadən xəbər verir ki, bu zaman istifadəçilər həqiqi adın yerinə təxəllüsdən istifadə edə biləcəklər.

Proqram ən yaxın həftələrdə buraxılacaq. Əlavənin hazırlanması ilə Branch xidmətinin banisi Coş Miller məşğul olur.

O, həmin xidməti aldıqdan sonra “Facebook”a keçib. Hələlik yeni əlavənin sosial şəbəkəyə inteqrasiya olunacağı, onunla fotoşəkilləri mübadilə etmək və ya dostların siyahısını tərtib etməyin mümkün olub-olmayacağı məlum deyil.

facebook

Facebook Şərhləndirmə:

Şərhinizi yazın