Menu
Geri İrəli

“Google” haqqında maraqlı faktlar

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Yanvar 2014 • Baxış sayı: 285 dəfə • Şərh yoxdur

axar.az1389046810google

“Google” 2010-cu ildən bəri hər həftə bir şirkət satın alır.   İlk dəfə “doodle” 1998-ci ildə istifadə edilib. “Google”un yaradıcıları Lerri Peyc və Sergey Brin ofisdə olmadıqlarını istifadəçilərə bildirmək üçün bu yolu seçmişdilər. Və həmin ildən bəri “Google” xüsusi günləri özünəməxsus “doodle”larla qeyd edir.    ***   Qarajda fəaliyyətə başlayan və getdikcə böyüyən şirkət 1999-cu ilin noyabrında kirayəyə mənzil götürür. O vaxt şirkətin 40 işçisi var idi.   ***   2004-cü ildə “Google” səhmlərinin satışa çıxarlmasından sonra təxminən minə qədər şirkət işçisi milyoner olub.   ***   “Google”un email xidməti olan “Gmail” bu gün üçün 50-dən çox dili dəstəkləyir. Bunların içərisində Uels, Bask kimi az tanınan dillər də var.   ***   Şirkət daxilində yeni işçiyə “Noogler”, təcrübəli işçiyə “Xoogler” deyilir.   *** Təəccüblü olsa da, “Google”un qurucuları Lerri Peyc və Sergey Brin şirkətin böyük bir hissəsinə sahib deyil. Onlar yalnız 16 faiz pay sahibidirlər. Ancaq bu 16 faizin ümumi dəyəri 46 milyard dollardır.   ***   “Google”un Tvitterdəki rəsmi hesabından ilk tvit 26 fevral 2009-cu ildə atılıb.    ***   “Google” “Firefox” brauzerində əsas axtarış sistemi olmaq üçün hər il 300 milyon dollar ödəyir.   ***   “Google” hesablama da apara bilir. Bunun üçün toplamaq, çıxmaq, vurmaq, bölmək istədiyiniz ədədləri yazıb axtarış düyməsinə basın.

 

 

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın