Menu
Geri İrəli

“Google” istifadəçilərin sifət cizgilərini qeydə alacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2016 • Baxış sayı: 336 dəfə • Şərh yoxdur

googleThe Next Web” nəşrinin məlumatına görə, “Google” şirkəti axtarışın nəticəsindən sonra istifadəçinin üz ifadəsini tanıyan alqoritmi patentləyib.

Şirkətin mühəndislərinin fikrincə, proqram istifadəçinin ürək ritmini və bədən hərarətini ölçmək, həmçinin göz bəbəklərinin genişlənməsini, üz qızarmasını qeydə almaq üçün ön kamera və mobil qurğuya qurulmuş datçiklərdən istifadə etməlidir.

“ICTnews” Elektron Xəbər Xidməti “newsland.com” saytına istinadən yazır ki, bu təhlilə əsaslanan şirkət istifadəçinin axtarış nəticəsindən məmnunluq dərəcəsini müəyyənləşdirməyi və son nəticədə mobil cihazlarda öz işinə düzəliş etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, 7 dekabr 2015-ci il tarixində Rusiyanın “N-Tech.Lab” şirkəti “The MegaFace Benchmark” adlı dünya çempionatında “Google” şirkətinə qalib gəlib. Rusiya şirkətinin istehsalı olan proqramda alqoritmin dəqiqliyi 73.3 faiz təşkil edib.

Emil Hüseynov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın