Menu
Geri İrəli

“Instagram”da Azərbaycan üçün canlı yayım xüsusiyyəti aktiv oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Yanvar 2017 • Baxış sayı: 462 dəfə • Şərh yoxdur

instagram_000Artıq bir müddətdir “Instagram”da canlı yayım xüsusiyyəti əlavə edilib. Lakin yavaş-yavaş bütün dünya üçün aktiv edilən bu funksiya bu günə qədər ölkəmizdə işləmirdi.

sumqayitxeber.com technote.az-a istinadən xəbər verir ki, dünəndən etibarən azərbaycanlı istifadəçilər də “Instagram”da canlı yayımlar edirlər.

Canlı yayım üçün istifadəçilər ən son “Instagram” yenilənməsini yükləməli və “stories” bölməsindən canlı yayım verməlidirlər.

Canlı yayımlar “hekayələr” bölməsində izləyicilərinizə göstəriləcək və canlı yayım başladarkən onlara bildiriş mesajı gedəcəkdir. Eyni zamanda “kəşf et” bölməsində də izləmədiyiniz fərqli istifadəçilərin başlatdıqları canlı yayımları görə bilərsiniz.

Yeni xüsusiyyət, eynilə “stories”də edilən video paylaşımlar kimi, istifadəçinin videoları qeyd etməsinə imkan tanıyır, ancaq canlı yayım edilir. Videonun üzərində kiçik bir “Live/Canlı” ifadəsi yer alır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın