Menu
Geri İrəli

“iPhone 6″dan inqilabi yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2014 • Baxış sayı: 354 dəfə • Şərh yoxdur

54106

“Apple” “iPhone 6″da inqilabi bir yenilik edib. ANS PRESS-in məlumatına görə, bütün texnologiya dünyası “iPhone 6″da hansı yeniliyin istifadə ediləcəyi ilə bağlı maraqlanarkən ortaya çıxan yenilik telefon dünyasında gündəmə damğasını vurub.

“Apple”ın planlarına görə, “iPhone 6″da cızığlara qarşı özünü təmir edə bilən xüsusi bir ekran istifadə ediləcək. Bu sayədə telefonun köhnəlməsi olduqca çətinləşəcək və onun ilk günkü parlaqlığını saxlamaq mümkün olacaq.

Yeni texnologiya digər “iOS” cihazlarında və “iMac”da da istifadə ediləcək. Bu yenilik “Apple”nin 27 fevral tarixində etdiyi patent müraciətində ortaya çıxıb.
Telefon istifadəçilərinin ən çox şikayət etdiyi cızılan ekran probleminin də bu şəkildə aradan qaldırılacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın