Menu
Geri İrəli

“iPhone” almağa pulu çatmayanlara şad xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2015 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

iPhone5ss“Apple” şirkətinin istehsalı olan “iPhone-6” və “iPhone-6S” modelindən almağa pulu çatmayanları sevindirəcək bir xəbər yayılıb. ANS PRESS-in məlumatına görə, şirkət cihazın ucuz versiyası olan plastik “iPhone-6C” istehsal edəcək. Bu barədə iddianı “İHS”nin analitiki Kevn Vanq yayıb. Vanqa görə, plastik korpuslu, ucuz qiymətli “iPhone-6C” 2016-cı ilin ortalarında istifadəçilərə təqdim olunacaq.

Plastik korpuslu “iPhone” daha əvvəl də mobil telefon bazarının əsas müzakirə mövzularından biri olsa da bu istiqamətdə heç bir irəliləyiş olmamışdı. Bundan əvvəl geniş ekranlı “iPad Pro” barədə də eyni müzakirələr olmuş, nəhayət həvəskarlar belə bir cihaza qovuşmuşdular. Bu səbəbdən də 2016-cı ilin ortalarında ucuz “iPhone-6C”i gözləməyə dəyər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın