Menu
Geri İrəli

“iPhone” və ya “iPad” şifrini unutduğunuz halda qurğuya çıxışın bərpa üsulları

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2017 • Baxış sayı: 390 dəfə • Şərh yoxdur

“Apple” şirkəti “iPhone”, “iPad” və ya “iPod touch” sahiblərinə qurğudakı məlumatı qorumağın bir neçə üsulunu təklif edir. Onlardan biri şifr vasitəsilə blokasalmadır. Lakin bu şifr yaddan çıxa bilər. Belə olduğu halda dəfələrlə yanlış şifr daxil edə bilərsiniz və nəticədə qacet müəyyən müddətə bloka düşər.

SalamNews-un “macdigger.ru”ya istinadla verdiyi xəbərə görə, şifri unutduğunuz halda nə etməli olduğunuzu aşağıdakı yazıdan öyrənə bilərsiniz: Bir neçə dəfə yanlış şifr daxil etdiyiniz halda qurğu bloka düşəcək və “iPhone” və ya “iPad”ın söndüyü barədə məlumat gələcək. Şifri yadınıza sala bilmirsinizsə, o zaman “iTunes”, “Find iPhone” (“iPhone”ni tap) funksiyası və ya bərpa rejimi vasitəsilə məlumatları qurğudan pozmaq tələb olunur. Daha sonra “içindəkilər”i və qurğu tənzimləmələrini ehtiyat surətdən bərpa edin.

“iTunes” vasitəsilə bərpa

Əgər “iPhone” və ya “iPad” bundan əvvəl sinxronlaşdırılıbsa, onun bərpasını həyata keçirmək olar.

1-ci addım: Qurğunu, adətən, sinxronlaşmanın həyata keçirildiyi kompüterə qoşun.

2-ci addım: “iTunes”i açın. Əgər proqram şifrin daxil edilməsini istəyirsə, o zaman proseduru sinxronlaşmanın icra edildiyi digər kompüterdə yerinə yetirməyə çalışın. Bundan başqa, bərpa rejimindən də istifadə etmək olar.

Qurğuda bərpa rejimini işə salmaq üçün “Home” (Evə) düyməsini sıxıb saxlayın. Bu düyməni sıxıb saxlayaraq qurğunu “iTunes”ə qoşun. Əgər qacet avtomatik işə düşməyibsə, onu əllə işə salın. “Connecting iTunes” (“iTunes”ə qoşulma) ekranı əks olunanadək “Home” düyməsini sıxıb saxlamaqda davam edin.

3-cü addım: “iTunes” qurğunun məlumatlarını avtomatik olaraq sinxronlaşdıracaq və onların ehtiyat surətini yaradacaq. Əgər bu baş vermədisə, o zaman “iTunes” proqramı ilə qurğu məlumatlarını sinxronlaşdırın.

4-cü addım: Sinxronlaşdırmanı yekunlaşdırdıqdan sonra qurğunun bərpasını həyata keçirin.

5-ci addım: “iOS” tənzimləməsi assistenti qurğunun tənzimləməsini sorğuladığı zaman “Restore from the copies of iTunes” (“iTunes” surətlərindən bərpa edin) bəndini seçin.

6-cı addım: “iTunes” proqramında öz qurğunuzu, daha sonra isə məlumatların sonuncu ehtiyat surətini seçin.

“Find iPhone” funksiyasından istifadə

Əgər qurğuda “Find iPhone” funksiyası işləkdirsə, o zaman məlumatların pozulması üçün ondan istifadə edə bilərsiniz.

1-ci addım: Qurğunuzda “Find iPhone” funksiyasının işlək vəziyyətdə olub-olmadığını yoxlamaq üçün “icloud.com/#find” səhifəsinə keçin.

2-ci addım: Brauzer pəncərəsinin yuxarı hissəsində açılan “All devices” (Bütün qurğular) siyahısını klik edin.

3-cü addım: Öz qurğunuzu seçin və qurğudan şifrləri və məlumatları silmək üçün “Clean the device” (Qurğunu sil) nişanına klik edin.

4-cü addım: Qurğunun sonuncu ehtiyat surətindən məlumatları bərpa etmək üçün qurğunuzdakı tənzimləmə assistentindən yararlanın.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın