Menu
Geri İrəli

Kompüterlər Azərbaycan dilini başa düşəcək

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 269 dəfə • Şərh yoxdur

Ministr_Ali_Abbasov

Azərbaycanda səslə idarə olunan mini kompüterlər yaradılır.

sumqayitxeber.com AzVision.az-a istinadən xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın illik hesabatına həsr olunmuş yığıncaqda çıxışı zamanı deyib: “Uzun illər davam etdirilən və artıq real nəticələrə əsaslanan Azərbaycan dilinin digər dillərə avtomatik və səsli tərcüməsi, mətnlərin başa düşülməsi və kifayət qədər praktiki əhəmiyyətə malik tam səslə idarə olunan mini komputerlərin və mobil təkliflərin işlənib hazılanması və istehsalı əldə olunan nailiyyətlərdəndir” .

Ə.Abbasov nazirliklə AMEA-nın əməkdaşlığından danışıb: “Belə ki elmi jurnalların çap edilməsi, bir çox tədbirlərin keçirilməsi üçün dəstək veririk. Bu gün ölkəmiz prezident İlham Əliyevin dəstəyi ilə yeni bir inkişaf yoluna başlayır”.

Bundan başqa nazir elmlə iqtisadi sahənin əlaqələndirilməsinin vacibliyini qeyd edib. O, innovativ iqtisadiyyatın yardılmasının önəmini vurğulayıb: “Elmlə iqtisadiyyat arasında körpü, yəni innovativ iqtisadiyyat yaradılmalıdır. Bu sahədə artıq müəyyən addımlar atılır. Belə ki, sənaye və texnoloji parklar yaradılır”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın