Menu
Geri İrəli

MilliKart-dan yenilik: bütün kartlarınız bir CİB-də

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2015 • Baxış sayı: 364 dəfə • Şərh yoxdur

millikart3MilliKart mobil telefonuzdan pul köçürməyə, xidmətləri ödəməyə və aparılmış əməliyyatların detallarına baxmağa imkan verən yeni əlavəsini təqdim edib.

Xidmətdən istifadə etmək üçün proqramı mobil cihzınıza yükləyib qeydiyyatdan keçmək tələb olunur. Sonrakı mərhələdə kart məlumatları daxil edilərək kart proqrama əlavə edilir. Proqrama məhdudiyyətsiz sayda kartınızı əlavə edə bilərsiniz.

Xidmətdən pulsuz istifadə təklif olunur və kartların sayı məhdudiyyətsizdir, istədiyiniz sayda kart əlavə edə bilərsiniz.

Mobil tətbiqin köməyi ilə, bir çox xidmətlərin haqqını, kommunal ödənişləri onlayn ödəmək və pul köçürmək mümkündür.

“MilliKart müasir tendensiyaları nəzərə alaraq bazarda olan ən innovativ mobil bankçılıq həllini təqdim edir. Mobil bankçılıq vasitəsilə istifadəçilər asanlıqla kart vəsaitlərini idarə edəcək və maliyyə durumları haqqında məlumatlı qalacaqlar, banklar isə müştərilərinə təqdim edilən məhsul portfoliosunu genişləndirə biləcəklər.

MilliKartın mobil bankçılıq həlli hərtərəfli maliyyə xidmətlərini təqdim edir. Dolğun mobil bankçılıq xüsusiyyətləri ilə yanaşı, həll müxtəlif ödəniş və köçürmə imkanlarını da verir. Mobil əlavə əsas mobil platformalarını dəstəkləyir və bazarda olan qurğuların 95% əhatə edir. Mobil bankçılıq həlli onlayn bank sistemlərinin tam funksionallığını əhatə edən yeganə xidmətdir.

Ətraflı məlumat www.cib.az. Android əməliyyat sistemi üçün əlavə dərhal https://play.google.com/store/apps/details?id=az.cib linkindən yüklənə bilər.

Apple linki: https://itunes.apple.com/us/app/cib/id952276699?mt=8

Facebook Şərhləndirmə:

Şərhinizi yazın