Menu
Geri İrəli

“MilliNet 2013” qaliblərinin təqdimat mərasimi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2013 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur

milli net“MilliNet 2013” Milli İnternet Mükafatının qaliblərinin təqdimat mərasimi keçirilib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, 12 nominasiya üzrə  319 sayt arasında 4 ay müddətində davam edən yarışmanın qaliblərinə “MilliNet”in əsas mükafatı təqdim olunub.

Korporativ saytlar nominasiyasında qalib “www.cartoon.az” saytı olub, ən yaxşı İctimai-sosial saytlar  nominasiyasında “www.marketing.az”, Media və İnformasiya “www.gsr.fm”,
Mədəniyyət, incəsənət və turizm saytları “www.tagmag.az”, Ailə, uşaq və sağlamlıq “www.qadin.net”, Asudə vaxt, idman və əyləncə “www.manpasi.az”, Bloqlar “www.techloq.com”, Elm və təhsil  “www.e-book.az”, Dövlət və bələdiyyə saytları “www.e-gov.az”, Xidmət (Servis) “www.manads.az”, İstifadəçi kontenti üzərində qurulmuş saytlar
www.imho.az”, Ən yaxşı sosial şəbəkə səhifəsi “www.facebook.com/azadliqradiosu” qalib olublar.

Qaliblərə və fərqlənənlərə həmçinin qiymətli hədiyyələr və  diplomlar verilib. “MilliNet”in qaydalarına uyğun olaraq münsiflərin hər bir nominant üzrə verdiyi qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

Təqdimat mərasiminin  İnternet  vasitəsilə  canlı yayımı nəzərdə tutulub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və “Delta Telecom” şirkətinin dəstəyi ilə keçirilən Milli İnternet Mükafatının baş sponsoru “Azercell Telekom” şirkəti olub.

Aynur Vəliyeva 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın