Menu
Geri İrəli

Potensial planşet alıcılarından hər dördündən üçü “iPad” seçir

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2013 • Baxış sayı: 424 dəfə • Şərh yoxdur

ipad_yeni_5_300Yaxın gələcəkdə planşet kompüter almağa hazırlaşan istehlakçıların əksəriyyəti “iPad” modelinə üstünlük verir. Bu barədə “Change Wave” şirkətinin analitikləri tərəfindən 2500 istifadəçi arasında keçirilən sorğunun nəticələrindən məlum olub.

Rəyi soruşulanların 13 faizi yaxın 90 gün ərzində planşet almağı düşünür. Onların 27 faizi “Apple” şirkətinin istehsalı olan modeli seçməyə hazırdır. “iPad Air”və“Retina” displeyli “iPad mini” satışa çıxarılmamışdan əvvəl keçirilən sorğuda “iPad” almaq istəyən alıcılar üzrə göstərici 55 faiz təşkil edib.
Üç ay ərzində planşet almaq niyyətində olan istifadəçilərin 9 faizi “Samsung Galaxy” qurğularını seçib. Avqustda keçirilən sorğu ilə müqayisədə “Galaxy” model sırası tərəfdarlarının sayı 4 faiz bənd azalıb. “Google Nexus” modeli istifadəçilərin 9 faizinin səsini qazanıb, halbuki bir neçə ay əvvəl bu göstərici 12 faizə bərabər olub.

“Amazon Kindle Fire” planşet modelinin potensial alıcılarının planşet almağı düşünən ümumi insanların sayında göstəricisi 6 faizdən 5 faizədək aşağı düşüb. “Microsoft Surface” modelləri isə əksinə, reytinqini 7 faizdən 8 faizədək möhkəmlədib.

“iPad” sahibi olmaq arzusunda olan respondentlərin təxminən 55 faizi “iPad Air” modelinə üstünlük verir. Sorğu iştirakçılarının 16 faizi ikinci nəsil “iPad mini”yə maraq göstərdiyini bildirib. “Retina” displeyi olmayan “iPad 2”və“iPad mini” modellərinin göstəriciləri müvafiq olaraq 7 və 5 faizə bərabərdir. İstifadəçilərin daha 17 faizi “Apple” şirkətinin istehsalı olan qurğuların modifikasiyaları ilə bağlı fikrini tam qətiləşdirməyib, – “3DNews www.3dnews.ru” yazır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın