Menu
Geri İrəli

Prezident İlham Əliyevə Sumqayıtda istehsal edilən məhsullar barədə məlumat verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 725 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Bakı Ekspo Mərkəzində “BakuTel-2015” XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, dekabrın 5-dək davam edəcək “BakuTel-2015” beynəlxalq sərgisində 200-dən artıq şirkət iştirak edir. Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir.

Prezident İlham Əliyevə Sumqayıt Texnologiyalar Parkında yeni istehsal edilən məhsullar barədə də məlumat verildi. Onların arasında kommunikasiya dolabları, ödəniş terminalları, infoköşk, rabitə, internet, elektrik kabelləri var. Məhsulların hamısı yüksək keyfiyyəti ilə seçilir. Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir.

14490641981450460371_1000x669 14490641984459616921_1000x669 stp1

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın