Menu
Geri İrəli

Samsungdan etiraf: “Galaxy S5”-də problem var

Müəllif: sumqayitxeber.com • Tarix: 2 May 2014 • Baxış sayı: 431 dəfə • Şərh yoxdur

Galaxy S5Dünyanın ən məşhur smartfon istehsalçılarından olan Samsung “Galaxy” istifadəçilərini şoka sdalacaq etirafla çıxış edib. ANS PRESS-in xəbərinə görə, şirkət rəsmiləri smartfon bazarına yeni çıxardıqları “Galaxy S5”-də qüsur olduğunu deyib. Bildirilib ki, bu cihazların 16 meqapiksellik arxa kamerasında bəzi problemlər var. Bundan başqa cihazın 2 meqapiksellik ön kamerasının fokusu da yaxşı işləmədiyindən şəkillər yaxşı çıxmır.

Şirkət rəsmiləri həmçinin bu istehsal xatasının “Galaxy S5”-lərin az bir qismində aşkarlandığını, problemin aradan qaldırılması üçün işə başladıqlarını bildiriblər.

Məlumata görə, “Galaxy S5”-də olan bu texniki qüsurun sosial şəbəkədə geniş müzakirə mövzusu olduğu, bu səbəbdən Samsung şirkətinin öz nüfuzunu itirmə təhlükəsi ilə qarşı-qarşıya olduğu qeyd edilib.

Xatırladaq ki, ötən ay Samsung “Galaxy S5”-in təxminən 100 dollara qədər ucuzlaşması barədə xəbərlər yayılsa da bunun səbəbləri açıqlanmamışdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın