Menu
Geri İrəli

Saxta Facebook profili cinayət SAYILACAQ

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2016 • Baxış sayı: 151 dəfə • Şərh yoxdur

facebook_24756667Britaniyada internet trollarının, təhqir və hədələyici postların göndərilməsi məqsədilə saxta Facebook hesablarının yaradılması, yenilənmiş qaydalara görə, cinayət əməli sayıla bilər.
Prokurorluğun məlumatında deyilir ki, cinayət məcəlləsinə əlavələr son zamanlar baş vermiş qanunsuzluqları nəzərə alır.
Milli.Az The Evening Standard-a istinadən bildirir ki, yeni qaydalara görə, öz qurbanlarının adından postlar yazmaq məqsədilə saxta profil yaradanlara qarşı cinayət işinin qaldırılması mümkün sayılacaq.
Kral Dövlət Prokurorluğu Xidmətinin direktoru Alison Saunders deyib ki, bəziləri yanlış olaraq düşünə bilərlər ki, saxta profilləri yaratmaqla qanundan gizlənə bilərlər.
O deyib ki, qanunu pozanları internetdəki “izləri” vasitəsilə aşkar etmək tamamilə mümkündür.

5 ilədək həbsxana

BBC-nin məlumatına görə, cinayət məcəlləsinə əlavələr barədə ictimai məsləhətləşmələr aparılacaq.
Alison Saunders bildirib ki, sosial media vasitəsilə başqalarının güdülməsi və təhdid edilməsinə görə 5 ilədək azadlıqdan məhrumetmə tətbiq oluna bilər.
Xanım Saundersin sözlərinə görə, prokurorluq sosial mediaların və internet texnologiyalarının inkişafı ilə ayaqlaşa bilmək üçün daim iş aparır.
Onun sözlərinə görə, sosial medialardan cinayətlərin törədilməsi üçün getdikcə daha çox itstifadə olunduğu müşahidə edilir. Məsələn, “porno qisasçılığı” deyilən yeni cinayət əməli xüsusilə geniş yayılıb.
Prokurorluğun açıqlamasında bildirilir ki, sosial media vasitəsilə cinayətlər bir çox hallarda qadınlara və qızlara qarşı yönəlmiş olur.
Sosial media nəhəngi Twitter bildirib ki, bədxah şəkildə istifadə olunmaq üçün yaradılmış hesablar daimi qapadılacaq.
Facebook-un qaydalarında da buna bənzər məqamlar var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın