Menu
Geri İrəli

“Sony” şirkəti ilk sualtı mağaza açacaq

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 2 Noyabr 2014 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur

b046c3358edf63dc4e7fb59996edae49Yaponiyanın “Sony” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində istehsal etdiyi qurğular üçün qeyri-adi mağaza açmağı planlaşdırır. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə,  mağazanın dəniz suyunun dörd metr dərinliyində yerləşəcək rəflərində sukeçirməz “Xperia” smartfon və planşet kompyuter modelləri satışa çıxarılacaq.

 

Bildirilir ki, alıcılar sualtı “Xperia Aquatech Store” mağazasına təcrübəli dalğıcların müşayiəti ilə gəlmək və Yaponiya istehsalçısının sukeçirməz qurğuları ilə tanış olmaq imkanı əldə edəcəklər. Qeyd edilir ki, alıcıların akvalanq geyməsinə ehtiyac olmayacaq: onlar dənizin dibində ayaq üstə dayanmaqla adi qaydada nəfəs ala biləcəklər.

 

“Sony” şirkətinin vitse-prezidenti Rüdiqer Odenbahın sözlərinə görə, “Xperia Aquatech Store” mağazası alıcılarda unudulmaz təəssürat oyatmaqla yanaşı, “Xperia” qurğuları tərtibatçılarının smartfon bazarında innovasiyalara meyilli olduğunu göstərəcək.

 

“XperiaBlog” saytının məlumatına görə, qeyri-adi mağazanın 2014-cü il dekabrın 3-də fəaliyyətə başlaması gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın