Menu
Geri İrəli

“StartupWeekend” tədbirinə dəstək verənlərin sırası genişlənir

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2014 • Baxış sayı: 394 dəfə • Şərh yoxdur

startup-weekendBakıda ilk dəfə 18-20 aprel tarixlərində keçiriləcək qlobal formatlı “StartupWeekend” tədbirinə dəstək verənlərin sırası genişlənir.

Belə ki, müstəqil mütəxəssislər, “StartupWeekend” Qlobal Forumu tərəfindən təşkil edilən tədbirə Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində yaradılmış “Yüksək Texnologiyalar Parkı-”YT Park”  MMC  ilə yanaşı, Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı “ItecaCaspian LLC” şirkəti və “Bakcell” mobil rabitə operatoru da dəstək verəcək.

Ölkəmizdə keçiriləcək bu tədbir dünyanı dəyişmək məqsədində olan 45.000 “StartupWeekend” məzunlarına qoşulmaq üçün yaradılan bir fürsətdir.

Tədbir çərçivəsində (http://baku.startupweekend.org/;
https://www.facebook.com/BakuStartupWeekendhttps://twitter.com/SWBaku; )sahibkarlar, startapentuziastları, marketerler, dizaynerlər və proqramçılardan ibarət komandalar yaradılacaq. Komandalar innovativ texnologiyalar əsasında startaplar quracaq və münsiflər heyəti qarşısında təqdimatla çıxış edəcəklər. Komandalar 54 saat ərzində qeyri-ənənəvi sahə üzrə innovativ, kreativ ideyalara söykənən minimal işlək məhsul yaratmağa cəhd göstərməlidirlər.

Yarışda iştirak edən komandaların üç gün ərzində startapı tam formalaşdıraraq işlək halda təqdim etmələri və ümumilikdə prosesin effektivliyini təmin etmək üçün iştirakçılara “mentor” statuslu peşəkarlar tərəfindən məsləhətlər veriləcək. Komandalarin fəaliyyəti peşəkarlar tərəfindən qiymətləndirilir. Belə ki, texniki və startup sahələrində çalışan liderlər tədbirdə ekspert və hakim olaraq iştirak edirlər. Bunun üçün biznes və startup mühitində kifayət qədər tanınan beynəlxalq investorlar tədbirə dəvət olunublar.

“BakuStartupWeekend”-də dünyanın müxtəlif ölkələrindəngələn peşəkarların çıxışları nəzərdə tutulur. Spikerlərdən biri “VC” şirkəti,”HoxtonVentures”-un həmtəsisçisi, Avropanın top-100 texnologiya investoru arasında yer alan Hüseyn Kanjidir.Kanji həmçinin Böyük Britaniya hökumətinə texnologiya siyasətində kömək edən şəxs kimi də tanınır, CNN və “Bloomberg” kimi media orqanları tez-tez ekspert kimi onun fikirlərinə müraciət edirlər. Bu baxımdan, onun dəyərli fikirləri və təcrübəsi öz startaplarını yaratmaq istəyənlər üçün faydalı olacaq.Digər spiker COMMIT Network şirkətinin təsisçisiAlperCelendir.

Karyerasına ABŞ-da başlayan A.Celen müxtəlif texnologiya şirkətlərində mühəndis və menecer vəzifələrində çalışıb. Hal-hazırda Yaxın Şərqdə müxtəlif startap layihələrində iştirak edir, eyni zamanda Yüksək Texnologiyalar Parkında məsləhətçi olaraq fəaliyyət göstərir. Natiqlər arasında “StartupWeekend”-in proqram direktoru JonBeadle də olacaq. Direktor kimi o, qlobal artım, mənfəət və zərər idarə edilməsinə nəzarət edir. 120-dən çox ölkədə proqramın idarəsi ilə məşğuldur. Jon 100-lərlə sahibkarın fərdi startapınınqurulmasına, biznesinin inkişaf etdirməsinə yardım edib.

“StartupWeekend”-də komandalara mentor statuslu peşəkarlar da kömək edəcək. Onlardan biri PatrikMc.Garveydir. Patrik öz təcrübəsi ilə mühüm işgüzar imkanları müəyyən etmək və şirkətlərə kömək etmək üçün çalışan biznes məsləhətçisidir.Bir çox şirkətlərdə çalışmışGuvencSozen də mentorlararasındadır. Hal-hazırda vaxtının çoxunu Azərbaycanda keçirən SozenCOMMIT Network-ün əməkdaşı olaraq Azərbaycanın Yüksək Texnologiyalar Parkının inkişafı üçün çalışır.Komandalara mentorluq edəcək digər peşəkar isə PaulVarrendə olacaq.

COMMIT Network-də Texnologiya və Media eksperti kimi çalışan Paul ona qədər ABŞ-da “Bloomberg”-də çalışıb.Mentorlar arasında başqa mütəxəssislərin də iştirak nəzərdə tutulur. Tədbirdə iştirak etmək üçün ilk növbədə irəli sürülən şərt isə ingilis dilini bilməkdir. Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçərək tədbirə bilet də alınmalıdır. Ödəniş kartı ilə biletin dəyəri 35 dollar, nağd isə 25 manatdır. Maraqlananlar tədbirdə iştirak etmək üçün qeydiyyatdan (www.eventbrite.com/e/baku-startup-weekend-42014-registration-10851193211)keçə bilərlər.

Həqiqət İSABALAYEVA, ictnews.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın