Menu
Geri İrəli

Sumqayıtda nə qədər internet istifadəçisi var?

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2016 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur

internet3Hal-hazırda şəhərdə 100 ailəyə düşən telefon aparatlarının sayı 85-ə çatıb.

sumqayitxeber.com xəbər verir ki, bu fikirlər bu gün Sumqayıt Şəhər İcra Hakimiyyətində 2015-ci il üzrə keçirilən hesabat konfransında qeyd olunub.

Hesabat yığıncağında qeyd olunub ki, şəhərdə 15 provayderdən istifadə olunur. İnternet istifadəçilərinin sayı 28892 nəfərdir. Hər 100 ailəyə 14 istifadəçi düşür.

Poçtamat tərəfindən tarif gəlirləri proqnozuna 103,0 faiz əməl olunmuşdur. Keçən ilə müqayisədə 24,2 min manatdan çox gəlir əldə olunmuşdur.

Əhaliyə göstərilən  rabitə xidmətinin səviyyəsinin artırılması istiqamətində  bir sıra işlər görülüb. St.Sumqayıt yaşayış massivində, 32-ci, 21-ci mikrorayonda 64 nömrə quraşdırılmış, 288 genişzolaqlı internet port montaj olunmuş və istismara verilmişdir. Kimyaçılar yaşayış massivində 32, Xəzri adlanan ərazidə 64 port artırılmışdır. St.Sumqayıt yaşayış massivində 512 , Novxanı bağları ərazisində 320 ,Corat bağları-130, Yaşıldərə massivində tutumu 256 , Tuğ Zavod yaşayış massivində 96  və Şirvan dəmiryol massivində 512 nömrə olan optik paylayıcı şkaflar quraşdırılmış, ümumilikdə 1696 nömrə istismara verilmişdir. Şəhərin 6-cı, 9-cu, 10-cu mikrorayonlarda 4-cü, 8-ci, 14-cü, 30-cu məhəllələrində hündürmərtəbəli binaların telefonlaşdırılmasına başlanılmışdır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın