Menu
Geri İrəli

“Texnologiyalar dünyasi” layihəsinə start verilir

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2014 • Baxış sayı: 331 dəfə • Şərh yoxdur

“Texnologiyalar dünyasi” layihəsinin

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilənTexnologiyalar dünyasi” layihəsinə start verilir

Layihənin məqsədi  Bakı və Sumqayıtda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq,  İKT imkanlarından istifadə etməklə maarifləndirilmə əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.

Layihə çərçivəsində  Gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə, yeni texnologiyalar vasitəsi ilə maraq oyatmaq, internet resurslarindan səmərəli istifadə etmək üçün məlumatlar vermək, internetdə alış veriş edilməsini praktiki göstərmək, CV-nin yazılma qaydaları,  sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsinə şərait yaratmaq, gənclərin məsğulluğunu artırmaq, aktiv vətəndaş konseptini aşılamaq və s. kimi  mövzuları  əks etdirən  təqdimatlar  hazırlanacaq,  maarifləndirici bukletlər nəşr ediləcəkdir. Həmçinin  bunları  əyani  olaraq  əks etdirən   Texnologiyalar dünyasi” adlı videoçarx hazırlanaraq, təqdim ediləcəkdir.

Layihənin icrası ilə bağlı mətbuat mütəmadi məlumatlandırılacaq.

elmar-layuihe

Facebook Şərhləndirmə:

Şərhinizi yazın