Menu
Geri İrəli

Tokio Avtomobil Şousunda Nissan stendi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 886 dəfə • Şərh yoxdur

Nissan Exhibit at 2015 Tokyo Motor Show (2)

Nissan Motor Co., MMC bu gün Tokio Beynəlxalq Sərgi Mərkəzində həyata keçiriləcək və oktyabr ayının 30-dan noyabr ayının 8-nə kimi ictimaiyyətə açıq olacaq 44-cü Tokio Avtomobil Şousunda baş tutacaq stendi barədə xülasə təqdim edib.

Eksponatlar arasında mobil texnologiyalarda yeni istqamət müəyyən etmiş innovativ Teatro for Dayz avtomobili də var. Xüsusi olaraq rəqəmsal texnologiyalardan faydalanan yerli istifadəçilər üçün dizayn edilmiş, yaxın gələcəyi özündə əks etdirən bu avtomobillər stereotipləri qırır və yeni bir düşüncə tərzinin başlanğıcını qoyur.

Nissan şirkətinin sərgiləyəcəyi əsas eksponatlara daxildir:
• Ötən ay Frankfurt Avtomobil Şousunda ilk dəfə ictiamiyyətə təqdim olunmasının ardından Yaponiyada öz debütünü etmiş Nissan Gripz Concept
• Daha üzün sürmə diapazonuna imkan verən genişləndirilmiş batareya həcmi ilə yenilənmiş Nissan Leaf
• Ən qabaqcıl müstəqil sürmə və təhlükəsizlik texnologiyaları
• Nissan Concept 2020 Vision Gran Turismo
X-Trail Hybrid Mode Premier və Juke 16GT Four Personalization, həmçinin səciyyəvi xassələrə malik Skyline 350GT Hybrid Type-SP Cool Exclusive, Fuga 370GT Type-S Cool Exclusive və Serena Highway Star V Selection modelləri də daxil olmaqla şouda 20-dən çox avtomobil sərgilənəcək.
Nissan stendi 2-ci Qərbi Sərgi Zalında yerləşəcək.
Sərgilənəcək avtomobillər haqqında daha təfsilatlı məlumat :

Teatro for Dayz –Gələcək nəslin daşınmasına yeni yanaşma tərzi

Nissan şirkəti beşikdən birbaşa rəqəmsal texnologiyaların ağuşuna atılmış, yaşadığı bütün təəssüratları virtual dostları paylaşmağa can atan nəsli “paylaşımçı gənclər” adlandırır. Bu nəsil bir neçə ilə sürücülük yaşına çatacaq, lakin bu günə qədər avtomobillərə qarşı cüzi maraq göstərib. “Paylaşımçı gəncləri” hansı avtomobillər daşıyacaq? Ümumiyyətlə onlar avtomobil sürmək istəyəcəklərmi? Buna cavab olaraq Nissan provokativ bir dizayn işləyib hazırlayıb: Teatro for Dayz.

Teatro for Dayz: Modelin adı italyanca “teatr” sözündən və Nissan mini-avtomobilinin adından götürülüb. İnnovativ dizayna malik bu konsepsiya “paylaşımçı gənclər” möhtəşəm təəssüratlar yaşadır və bu təəssüratları avtomobilin daxilində və onlayn şəkildə dərhal öz dostları ilə bölüşməyə imkan verən xassələrə malikdir. “Təmiz kətan” konsepsiyasına əsasən dizayn edilmiş bu modelin əsas xüsusiyyəti alətlər paneli, oturacaqlar və qapı haşiyələrinin istifadəçinin öz ifadələrini izhar etməsi üçün boş kətan rolunu oynadığı hamar ağ salonudur.
Nissan-ın Elektrik Avtomobili texnologiyası əsasında işlənib hazırlanmış Teatro for Dayz, 4 təkərli nəqliyyat vasitəsindən əlavə həm də nəhəng mobil batareya rolunu oynayır. “Paylaşımçı gənclər” üçün bu onu ifadə edir ki, avtomobillər yaradıcılıq, ünsiyyət qurmaq və təəssüratları paylaşmaqda maraqlı olanlar üçün mobil cihaz kimi də çıxış edə bilər.

Teatro for Dayz’in nə olduğu və nə cür istifadə edildiyinə isə nəhayət “Paylaşımcı gənclər” özləri qərar verəcək. Avtomobil şousunda siz gələcəyə nəzər salmış olacaq və gələcək nəslin kreativliyini yerindəcə görmüş olacaqsınız.

Nissan Gripz Concept — Elektrik Avtomobilləri silsiləsindən hibrid idman krossoveri
Avropa və Yaponiya dizaynerlərinin düşüncə tərzini əks etdirən Nissan Gripz Concept kompakt krossover modelinin bacarığı və münasibliyini, idman avtomobilinin həyəcanı və performansı ilə birləşdirir.


Elektrik Avtomobilləri texnologiyasına əsaslanan avtomobillər silsiləsindən Pure Drive e-Power hibrid sistemi ilə təchiz edilmiş Nissan Gripz Concept hamar, zərif, şən təəssüratlar bəxş edir və yanacağa əhəmiyyətli dərəcədə qənaət edir. Sistem daxilində effektiv benzin mühərriki Nissan Leaf modelində istifadə olunmuş eyni elektrik motorunu enerji ilə təmin edir.

Nissan Gripz Concept modelinin xarici görünüşü dinamik, gərgin, lakin iti səthi sayəsində özündə güclü kontrastı əks etdirən “həyəcanlı həndəsə” gövdə konsepsiyasına əsaslanır. Avtomobilin salonu gücü sadəliklə birləşdirən zərif dizaynlı “planer” alətlər panelinə malikdir.

Nissan Concept 2020 Vision Gran Turismo — Yeni rəng, möhtəşəm qamət

Nissan Concept 2020 Vision Gran Turismo, PlayStation oyun konsolu üçün Gran Turismo oyununu işləyib-hazırlamış Polyphony Digital Inc., şirkəti ilə birgə ərsəyə gətirdiyi super avtomobil konsepsiyasıdır. Bu model Nissan-ın oyunda və oyundan kənarda əhəmiyyətli mövcudluğunun daha da gözə çarpmasına səbəb olacaq.

Vision Gran Turismo layihəsinin son məhsulu 2014-cü ildə İngiltərədə keçirilən Goodwood Sürət Festivalında ictiamiyyətə təqdim edilmişdi. Yeni “Alov cəngavəri” rəng çaları və Nissan şirkətinin imzası olan V-Motion şəbəkəsinin yeni təzahürünü özündə əks etdirən Nissan Concept 2020 Vision Gran Turismo virtual avtomobilin həqiqi təcəssümüdür. Onun vasitəsilə bütün dünyadan oyun həvəskarları Nissan-ın dinamik performansını və innovasiyasını təcrübədən keçirəcəklər.
New Nissan Leaf – daha uzun sürmə diapazonu və standart olaraq Qabağa Fövqəladə Əyləcləmə sistemi

Nissan Leaf modeli ictimaiyyətə 2010-cu ildə təqdim olunub. Təqdimatdan sonra 180 mindən çox satılan bu model, dünyanın ən çox satılan Elektrik Avtomobilinə çevrilib. Bu il keçiriləcək Tokio şousunda Nissan 280 km-ə qədər bir-yüklü sürmə diapazonuna malik (Nissan şirkətinin Yaponiyada sürməyə dair şərtlərə əsaslanan daxili ölçüləri) yeni avtomobillər və sürücülərin qabaqdan baş verən toqquşmaların təsirindən qaçınması və ya təsirini azaltmasına kömək etmək üçün dizayn edilmiş Qabağa Fövqəladə Əyləcləmə sistemi və Zolaqdan Çıxma Xəbərdarlığı da daxil olmaqla, Yaponiya bazarında bütün siniflər arasında standartlaşdırılmış, qabaqcıl təhlükəsizlik texnologiyaları sərgilənəcək. Nissan şirkəti Yaponiya üçün ən son Nissan Leaf sinfi avtomobillərini noyabr ayında elan etməyi, dekabr ayında isə satışlara başlamağı planlaşdırır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın