Menu
Geri İrəli

Whatsapp-dan “ev yıxan” yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2015 • Baxış sayı: 1,664 dəfə • Şərh yoxdur
Share Button

Dünyanın ən məşhur mesajlaşma tətbiqi Whatsapp-ı istifadə edənlərə daha bir yenilik təqdim edilib.

ANS PRESS-in məlumatına görə, artıq bu tətbiqdən istifadə edənlərin bütün hərəkətlərini anbaan izləmək mümkün olacaq.

WhatsDog adlı yeni tətbiq Whatsapp-la sinxronlaşdırılıb. Ancaq buna baxmayaraq tətbiq Whatsapp-ın məhsulu deyil. Yeni tətbiq insanlar arasında inam hissini daha da azalda bilər.

Belə ki, WhatsDog istifadə edən şəxsin Whatsapp-da nə zaman olduğu və nə qədər vaxt keçirdiyini bilmək mümkün olacaq.

Bu isə mavi xəttdən sonra ailələrdə söz-söhbətin yaranmasına səbəb ola biləcək ikinci yenilik kimi qiymətləndirilir.
Tətbiqdən istifadə cütlüklər arasında bir növ hesabat xarekteri daşıyacaq. Yəni sevdiyiniz insanın bu gün saat neçədə və nə qədər Whatsapp-da vaxt keçirdiyini asanlıqla bilmək imkanına sahib olacaqsınız. Təbii ki, bu hal heç də hər kəsin ürəyincə deyil.

Qeyd edək ki, WhatsDog hələlik yalnız rəsmi olaraq Android cihazlar üçün istifadəyə verilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın