Menu
Geri İrəli

Whatsapp-dan pis xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2015 • Baxış sayı: 471 dəfə • Şərh yoxdur

votcapDünyanın ən məşhur mesajlaşma tətbiqi Whatsapp-dan istifadəçilərinə pis xəbər gəlib.

ANS PRESS-in məlumatına görə, hər yeniliyi ilə istifadəçilərini sevindirən tətbiq bu dəfə əksini edib. WhatsApp bir müddət öncə istifadəyə verdiyi yeni xidmətini ləğv edib.

Bir neçə həftə öncə tətbiqin “Google Drive”a inteqrasiya olunacağı açıqlanmış və yeni xidmət istifadəyə verilmişdi. WhatsApp-ın “Google Drive”a inteqrasiya edilməsi nəticəsində istifadəçilərinin paylaşdıqları mesajlar, foto və videolar arxivləşdirilirdi. Beləliklə WhatsApp istifadəçiləri məlumatlarını və fayllarını “Google Drive”da asanlıqla saxlaya bilirdilər.

Ancaq telefon dəyişdirənlərə və ya birdən çox telefon istifadə edənlərin işini asanlaşdıracaq yeniliyi artıq istifadə etmək mümkün olmayacaq. Son yenilənmədən sonra sözü gedən yenilik ləğv edilib.

Məsələ ilə bağlı WhatsApp tərəfindən hələlik heç bir açıqlama verilməyib. Ehtimal edilir ki, “Google Drive”ın “backup” yenilənməsində bir problem aşkarlandığı üçün son yenilik ləğv edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın