Menu
Geri İrəli

“WhatsApp” səsli zəngi sınaq etməyə başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2015 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

votcap

2015-ci ilin əvvəlində “WhatsApp” “Android” üçün tətbiqin yeni versiyasında səsli zəng funksiyasının sınaqlarına başlayıb.

Bu funksiya messencerə səsli və videozənglər təklif edən “LINE”, “Skype” və “Viber” kimi xidmətlərlə rəqabət aparmağa imkan verəcək.

İstifadəçilər “WhatsApp”ın yeni mobil tətbiqinə quraşdırılmış “zənglər” funksiyasının köməyi ilə öz kontaktlarındakı istənilən nömrəyə zəng edə bilərlər.

Əgər zəngi qəbul edən tərəf mobil tətbiqin son versiyasını quraşdırmayıbsa, bu problem deyil. Həm “Wi-Fi”, həm də mobil şəbəkələr vasitəsilə səsli zəng etmək olar.

Hazırda “WhatsApp” messencerində səsli zənglər rəsmi olaraq yalnız “Android” telefonlar üçün əlçatandır.

“WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 700 milyonu ötüb. Aktiv auditoriya dedikdə ayda ən azı bir dəfə “WhatsApp” messencerindən istifadə edənlər başa düşülür.(trend)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın