Menu
Geri İrəli

“WhatsApp”da məlumatların redaktəsi mümkün olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2016 • Baxış sayı: 346 dəfə • Şərh yoxdur

cefwfwef_300İstifadəçilərin çoxu məlumatları tələsik göndərərək sonradan avtomatik dəyişmə funksiyasının düzgün işləməməsinə görə çətin vəziyyətə düşüb. Bəzi messencerlərdə göndərilmiş məlumatları silmək mümkün olsa da, bu, böyük tutumlu məlumatlar olduqda problem yaradır və onu yenidən yazmaq tələb olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, tezliklə “WhatsApp” messencerində bu problem göndərilmiş məlumatların ləğv edilməsi və redaktə olunması funksiyası işə salındıqdan sonra aradan qaldırılacaq. Belə ki, həmsöhbət məlumatı oxumadığı halda onun mövcudluğu barədə xəbəri olmayacaq və ya buraxılmış səhvi görməyəcək. Qeyd edək ki, əvvəllər “WhatsApp”da məlumatları yalnız onu göndərənin qurğusunda silmək mümkün idi.

Məlumata görə, istifadəçilər adi mətnli məlumatlarla yanaşı, göndərilmiş fotoşəkil və videoları silə və redaktə edə biləcəklər.

Hazırda beta versiya mərhələsində olan funksiyanın istifadəçilərin ixtiyarına nə vaxt veriləcəyi barədə məlumat verilmir.

“WhatsApp” dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyon dollara “Facebook” sosial şəbəkəsinə satılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın