Menu
Geri İrəli

“WhatsApp”da növbəti yeniliklər

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 806 dəfə • Şərh yoxdur

votcapPopulyar “WhatsApp” messencerində bir sıra faydalı yenilənmələrin olduğu məlum olub.

İKT.lent.az-ın “ferra.ru” saytına istinadən məlumatına görə, artıq iOS əməliyyat sisteminin istifadəçiləri öz media fayllarına fitrlər əlavə etmək imkanı əldə edəcəklər.

Bildirilir ki, artıq şəkil, video çarx və ya gif göndərərkən istifadəçi barmağı ilə fayl üzərindən yuxarı çəkməklə, 5 filtrdən birini seçə biləcək. Bu filtrlərin arasında “açıq”, “ağ-qara”, “soyuq”, “xrom” və “plyonka” filtrləri mövcuddur.

“iPhone” sahibləri şəkilləri tam albom şəklində göndərə biləcəklər. Bir dəfəyə beş və daha çox şəkil göndərildiyi halda, şəkillər alıcıda avtomatik olaraq qruplaşacaq.

Bundan başqa, tərtibatçılar məlumatlara cavab vermək sistemini daha da sadələşdiriblər. Daxil olan məlumata cavab göndərmək üçün istənilən göndərilən məlumata sağdan yuxarı barmağı aparmaq kifayətdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın