Menu
Geri İrəli

“WhatsApp”da yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2016 • Baxış sayı: 705 dəfə • Şərh yoxdur

WhatsApp“The Verge” nəşri yazır ki, “WhatsApp” messencerində videozəng funksiyasının sınaqlarına başlanılıb. Yeni funksiya artıq messencerin “Android” mobil sistemi üçün son beta-versiyasından istifadə edən bəzi istifadəçilərə əlçatandır.

“The Verge” nəşrinin nümayəndələri hesab edirlər ki, “WhatsApp” administrasiyası sözügedən funksiyanı məsafədən deaktiv edə və aktivləşdirə bilərlər. Az sayda istifadəçinin videozəng funksiyasının mövcudluğundan xəbərdar olmasını yalnız bununla izah etmək olar.

Nəşr yazır ki, videozəng funksiyası tam istifadəyə verildikdən sonra messencer “Skype”, “FaceTime”, “Hangouts” və “Facebook Messenger” kimi rəqibləri üçün daha böyük təhlükə olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın