Menu
Geri İrəli

“WhatsApp”dan yazışmanı ələ keçirməyə imkan verən yeni üsul tapılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Avqust 2016 • Baxış sayı: 1,335 dəfə • Şərh yoxdur

votcapABŞ-ın Perdyu Universitetinin tədqiqatçıları tərəfindən “Android” sistemi ilə işləyən smartfonlar üçün hazırlanmış mobil proqram qurğu sahibinin son bir neçə saat və ya gündə nə barədə yazışdığını, kiminlə ünsiyyət saxladığını, internetdə nə axtardığını öyrənməyə imkan verir.

Proqramın yaradıcıları belə düşünür ki, sözügedən mobil proqram kriminalistlərə faydalı olacaq. Proqramın hazırlanmasına 9 ay vaxt sərf olunub.

“ICTnews” Elektron Xəbər Xidməti cnews.ru saytına istinadən yazır ki, mobil proqram “RetroScope” adlandırılıb. Proqramın iş prinsipi aşağıdakı kimidir: qrafik kontrollerin köməyi ilə smartfonun ekranına çıxarılmış son təsvirlərin surətini əməli yaddaşdan əldə edir.

“Android” mobil əməliyyat sisteminin yaradıcısı “Google” korporasiyası son təsvirlərin surətinin əməli yaddaşından silinməsini nəzərdə tutmadığından belə mobil proqram yaratmaq mümkün olub. Alimlərin fikrincə son təsvirlərin yaddaşda saxlanılması nəticəsində bağlanmış proqramı yenidən işə saldıqda interfeys daha sürətlə açılır.

Proqramın yaradıcıları sınaq zamanı “Gmail”, “Skype”, “WeChat”, “WhatsApp”, “TextSecure”, “Telegram” daxil olmaqla 15 müxtəlif mobil proqramda 3-dən 11-dək olan son təsvirləri ələ keçirə biliblər.

Tədqiqatçılar bildiriblər ki, bu informasiyanı silməyin yeganə üsulu smartfonu yenidən yükləmək və ya söndürüb yenidən işə salmaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın