Menu
Geri İrəli

“WhatsApp”ın bəzi funksiyaları pullu olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2017 • Baxış sayı: 109 dəfə • Şərh yoxdur
Share Button

votcap“Facebook” şirkəti sahibi olduğu “WhatsApp” əlavəsində yeni funksiyalarından istifadəyə görə şirkətlərdən gələcəkdə ödəniş almaq niyyətindədir.

“Biz şirkətlərə məlumat göndərmək və arzu etdikləri cavabları almaq üçün insanlara imkan yaratmaq istəyirik. Gələcəkdə bunun üçün şirkətlərdən pul almağı planlaşdırırıq”, – deyə “WhatsApp”ın əməliyyat direktoru Mett Atdem bildirib.

Yenilik kiçik şirkətlər üçün yaradılmış “WhatsApp Business” əlavəsinə, həmçinin iri korporasiyalar üçün əlavə alətlərə aid olacaq. Bu, birbaşa olaraq “WhatsApp”ın əsas əlavəsinə qoşulmağa imkan verəcək. Hazırda bu xidmətlər Braziliya, Avropa, Hindistan və İndoneziyada sınaqlardan keçirilib. Xüsusilə də xidmət Hollandiyanın “KLM Royal Dutch Airlines” şirkəti tərəfindən istifadə edilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın