Menu
Geri İrəli

“WhatsApp”la soyula bilərik

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Yanvar 2016 • Baxış sayı: 366 dəfə • Şərh yoxdur

ni mesajlaşma sistemi olan “WhatsApp” sizi qarət edə bilər. Belə ki, telefonlara “WhatsApp”ınızı yeniləyin deyə saxta mesajlar göndərən işbazlar peyda olub.

ANS PRESS-in məlumatına görə, bu cür mesajlar alan şəxslərin bir qədər diqqətli olmasında fayda var. Çünki “WhatsApp” yenidən kredit kartı saxtakarlarının hədəfinə çevrilib.

Telefonunuza gələn bu cür mesajların arxasında əslində çox yaxşı təşkil edilən saxtakarlıq planları durmaqdadır. Mesajın göndərildiyi ünvan “Whatsapp.com” şəklində görünsə də toxunduğunuzda başqa bir bağlantı açılır ki, bu da saxtakarların əsl veb səhifəsini HTML kodunda gizlətməsindən irəli gəlir.

Qoşulduğunuz yeni bağlantıda kredit kartı məlumatlarınızı göstərməklə üzvlüyünüzü yeniləyə biləcəyiniz bir səhifə açılır. Lakin məlumatlarınızı aldanaraq daxil etdiyiniz halda üzvlük yenilənmir və sizin kart bilgiləriniz saxtakarların əlinə keçir.


Saxta mesaj

Bu tipli mesajlar hazırda ingilis dilində göndərilir. Ancaq hansı dildə paylaşılmasından asılı olmayaraq bu cür mesajları açmadan anında silməyiniz lazımdır.

Unutmayın ki, “WhatsApp”ın sizə bu cür mesajlar göndərməyinə ehtiyac yoxdur. Üzvlük hesabınızı parametrlər bölümündən yeniləyə və ya uzada bilərsiniz.

Son zamanlar “WhatsApp” bir sıra problemlərlə gündəmə gəlir. Bu cür problemlərdən biri də “WhatsApp”ı “smayl”lar vasitəsi ilə çökdürməyin mümkünlüyüdür.

Belə ki, populyar mesajlaşma proqramının hər hansı bir istifadəçisi başqa bir istifadəçinin “WhatsApp”ını çökdürə bilməsi üçün bir istifadəçi digərinə 4 min “smayl”dan ibarət ismarış atmalıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın