Menu
Geri İrəli

Yeni “iPhone” ən bahalı “Apple” smartfonu olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2017 • Baxış sayı: 96 dəfə • Şərh yoxdur

1495127461_iphone-8-render-geskSentyabrın 12-də təqdim ediləcək yeni “iPhone 8” modeli “Apple” smartfonları arasında ən bahalısı olacaq.

sumqayitxeber.com ICTnews-a istinadən xəbər verir ki, “Apple” smartfonlarının istehsalı ilə məşğul olan “Foxconn” şirkəti nümayəndələrinin sözlərinə görə, yeni modelin ən sadə versiyasının qiyməti 1000 min dollar təşkil edəcək.

Bununla yanaşı, “iPhone 7s” və “7s Plus” modelləri müvafiq olaraq 782 və 938 dollaradək ucuzlaşacaq.

Yeni qurğunun bütün üst paneli əhatə edən ekran, infraqırmızı skanerə malik sifətin tanınması proqramı və üçölçülü (3D) kamera ilə təchiz ediləcəyi gözlənilir.

“iPhone 8” bir neçə rəng variantında – qara, ağ və mis və ya çəhrayı-qızılı rəngdə buraxılacaq. Təqdimatda, həmçinin yeni “ağıllı” saat versiyaları və “Apple TV” servisinin nümayişi nəzərdə tutulur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın