Menu
Geri İrəli

Yeni klaviatura Azərbaycanda qalmaqal yaratdı

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2013 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur

Məlum olduğu kimi, Azərbaycan dilində klaviaturanın yeni düzülüşü Windows 8.1 əməliyyat sisteminin yeni versiyasına inteqrasiya edilib. 

vahid

Artıq yeni klaviaturada hərflərin düzülüş forması açıqlanıb. Təkmilləşdirilmiş klaviaturanın düzülüşü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul edilib. «Microsoft Azerbaijan»ın yaydığı açıqlamada bildirilir ki, yeni düzülüşdə yığım sürəti və barmağa düşən yükün paylaşdırılması kimi nüanslar nəzərə alınıb ki, bu da bilək nahiyəsinin daha çox təsadüf edilən xəstəliklərindən biri olan «Karpal sindromu kanalı»nın inkişafının qarşısını ala bilər. Qeyd edilir ki, rahatlıq baxımından yeni düzülüş daha optimaldır və orada Azərbaycan dilinin bütün nüansları əks olunub, halbuki buna köhnə versiyada rast gəlmək mümkün deyil. Köhnə düzülüş ləğv edilməyəcək və ona öyrəşmiş insanlar köhnə klaviaturadan istifadə etməyə davam edəcəklər.

Şirkətin bu açıqlamasından sonra məsələ sosial şəbəkələrdə aktiv müzakirə olunur. Komputer istifadəçilərinin və informasiya texnalogiyaları mütəxəsisilərinin böyük əksəriyyəti yeni klaviaturada hərflərin düzülüş formasını kəskin tənqid edir. Onlar bunun sürətli yığmaya ciddi əngəl olacağını bildirirlər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis, Sahil İT rəhbəri Vahid Qasımov “Qafqazinfo”ya açıqlamasında hazırlanmış milli klaviaturanı belə şərh edib: “Əvvəla, qeyd etmək lazımdır ki, 2013-cü ildə, nə vaxt ki, artıq əhalinin böyük hissəsi kompüter və digər mobil cihazlarda azərbaycanca yazmağa artıq vərdiş edib, birdən yeni klaviatura düzümünü ortaya çıxarmaq olduqca mənasızdır və aranı qarışdırmaqdan başqa bir şey deyil. Bunu çoxdan etmək lazım idi. Məsələn türklər F klaviaturasını 1955-ci ildə ortaya çıxardıblar. Bizimkilər də onu heç olmasa bir 20 və ya 15 il əvvəl etsəydilər, alqışlayardım, amma hal-hazırda buna artıq heç bir ehtiyac yoxdur.

İkinci məsə ondadır kı, nəyə görəsə, hərflərin heç biri digər klaviaturalarla heç uyğun gəlmir, yəni tamamilə fərqlidir, tək sözlə – həqiqətən də analoqu olmayan şeydir. Təcrübə göstərir ki, analoqu olmayan şeylərin axrı yaxşı deyil, çünki hər zaman yeni bir şeyin icadında başqa yerlərdəki analoqlara da baxmaq lazımdır. Bizim “alimlərimiz” özlərini ən ağıllı saydığından isə analoqları qəbul etməyib velosipedi yenidən ixtira edirlər. Siz heç milli velosiped görmüsünüz ? Mən də görməmişəm…

Yeni klaviatura düzümü o deməkdir ki, ölkəyə gətirilən bütün kompüter və windows platformalı bütün düyməli telefonlar xüsusilə Azərbaycan üçün yeni klaviatura ilə təchiz olunmalıdır. İnanmıram ki, iri istehsalçılar kiçik Azərbaycan üçün bunu etsinlər. Analoqu olmayan klaviaturada heç bir hərf yerində olmadığına görə də, xüsusi klaviatura olmadan ondan heç kim istifadə edə bilməz. Etməyəcək də…

Və nəhayət, klaviaturanın xüsusiyyətləri haqda şirin-şirin danışmaqdansa iki qızı otuzdurardılar ki, test etsinlər. Biri QWERTY klaviaturası ilə yazardı, obiri isə PÜŞUD klaviaturası ilə. Əgər bunların yazı yazmasında ikincisi böyük fərqlə qalib gəlsəydi, o zaman mən onun effektivliyinə inanardım. Hətta kiçik fərqlə qalib gəlsə belə effektivlik artıq müzakirəlidir. Fərq olmasa isə, tam mənasız. Hələlik mən belə bir sübut görmədim, ona görə də, görülən iş mənə tamamilə anlamsız gəlir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın