Menu
Geri İrəli

“YouTube” ödənişli xidmət istifadəyə verəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur

4481461680_845dd529ca_o

“YouTube” şirkəti oktyabrın 28-dən etibarən istifadəçilərə videoçarxlara reklamsız baxmağa imkan verən pullu servisi işə salacaq. Bu barədə videohostinqin bəyanatında deyilir.

“YouTube Red” adlanan xidmət üçün aylıq abunə haqqı 9,99 dollar təşkil edəcək. Servisə qoşulan istifadəçilər həmçinin internetə çıxış olmadan videoçarxlara baxmaq üçün onları yükləyə biləcəklər. Bununla yanaşı, istifadəçilər 2016-cı ildə bir sıra filmlərə və videolara eksklüziv baxmaq imkanı əldə edəcəklər.

Bundan başqa, abunəyə “Google Play Music”, “YouTube Gaming” servislərindən, eləcə də “YouTube Music” musiqi əlavəsindən istifadə imkanı daxil olacaq. ABŞ sakinləri oktyabrın 28-dən “YouTube Red” xidmətini pulsuz sınaqdan keçirə biləcəklər.

Qeyd olunur ki, əksər videoresurslardan istifadə əvvəllər olduğu kimi pulsuz olacaq, – “Lenta” yazır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın