Menu
Geri İrəli

“YouTube”un lokal versiyası – Azərbaycanda

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2015 • Baxış sayı: 383 dəfə • Şərh yoxdur
Share Button

4481461680_845dd529ca_o

“YouTube” şirkəti videoplatformanın lokal versiyalarını 85 ölkədə istifadəyə verib. Bu siyahıya son əlavə olunanlar arasında Adriatik və Baltikyanı ölkələr, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan və Belarus yer alıb.

“Qafqazinfo”nun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumatına görə, “YouTube”un dünya bazarına gələcək nüfuzetməsindən danışan şirkət nümayəndələri qeyd ediblər ki, bu gün platformada gündəlik baxılan videoların 80%-i ABŞ-dan kənarda yaşayan tamaşaçılar tərəfindən hazırlanır.

Nazirliyin informasiyasına görə, platformanın “Youtube.by” və “Youtube.kz” kimi lokal versiyalarının istifadəyə verilməsi kontent müəlliflərinə videosaytın tərəfdaşı olmağa, öz kanallarında pul qazanmağa, eləcə də alət və resurslardan istifadəyə imkan verəcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın