TTEL-də “Əziz Şuşa, biz qayıtmışıq!” adlı tətbir keçirilib

1050

Şuşa şəhərinin 270 illiyi Sumqayıt şəhərində silsilə şəkildə qeyd olunur. Növbəti tədbir Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində təşkil edilib. Tədbirdə liseyin direktoru Rüxsarə Məmmədova, Abşeron-Xızı regional təhsil idarəsinin əməkdaşı Cəmilə Fəyyaz, şəhid ailələrinin üzvləri və qazilər, məktəblilər iştirak edib.

“Əziz Şuşa, biz qayıtmışıq” adlı tədbirdə şagirdlər tərəfindən kompazisiya nümayiş olunub.

Çıxışçılar vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının şücaəti nəticəsində otuz ilə yaxın erməni işğalı altında olmuş ərazilərimizin 44 günlük Vətən müharibəsi nəticəsində azad edilib. Ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi bu gün ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunduğu vurğulanıb.

Bildirilib ki, 2022-ci ilin “Şuşa İli” elan olunması Qarabağda sülh və təhlükəsizliyin təmin edilməsinə, iqtisadi, mədəni, sosial inkişafa hesablanmış müdrik qərardır. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə bəslənən sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər