Türkiyə-Rusiya-Azərbaycan: Enerji və Nəqliyyat Əməkdaşlığı Forumu

914

Avqustun 21-də Türkiyənin paytaxtı Ankarada Türkiyə, Rusiya və Azərbaycan ekspertlerinin iştirakı ilə Nəqliyyat və Enerji Əməkdaşlığı Forumu keçirilib. Forumda üç ölkə arasında yeni regional enerji və nəqliyyat məsələləri üzrə tərəfdaşlıq mövzuları müzakirə edilib. Ankara Rusiya Araşdırmaları İnstitutu (RUSEN), Ankara Yıldırım Bəyazit Universiteti, Moskva Çağdaş Türkiyə Araşdırmaları Mərkəzi, “Baku Network” və Rusiya Federasiyası Prezident Fondunun birgə əməkdaşlığı ilə baş tutan Forumda enerji eksperti Kənan Aslanlı da çıxış edib. Kənan Aslanlı öz çıxışında üç ölkə arasında neft-qaz, hidro elektrik, nüvə enerjisi, alternativ enerji və enerji sektorunun tənzimlənməsi sahələrində əməkdaşlıq imkanlarına və bəzi qlobal risklərə toxunub. Forumun Türkiyədə təşkil edilən birinci hissəsindən sonra ikincisi Azərbaycanda, üçüncü hissəsi isə dəyirmi masa şəklində Rusiyada olacaq. Ən sonda müzakirə edilən məsələlər və həllərinə dair fikirlər kitab kimi nəşr ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər