Türkiyədə hərbi təyyarə partladı: 3 şəhid

1013

Bu gün Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hadisə İsparta rayonunun Yalvaç qəsəbəsinin Kırkbaş kəndi yaxınlığında baş verib.

CASA tipli “CN 235” hərbi təlim təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.

İsparta valisi Şehmus Günaydın təyyarədə olan 3 nəfərin həlak olduğunu bildirib.

Qəzanın səbəbləri araşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər