Türkiyədən sonra Azərbaycan da 2 həftəlik sərt karantin rejiminə keçir? – AÇIQLAMA

1475

Xəbər verdiyimiz kimi, Türkiyədə sərt karantin rejimi tətbiq olunur. Belə ki, ölkədə tam qapanma aprelin 29-dan mayın 17-dək davam edəcək. Azərbaycanda da karantin rejimi sərtləşdirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, Türkiyədə qəbul olunan qərar tam doğru və yerində veriləndir:

“Onlar vəziyyətə uyğun qərar qəbul ediblər. Düşünürəm ki, bizdə də epidemioloji vəziyyət pisləşərsə, bu cür qərar qəbul edilə bilər. Əlbəttə, bu, yaxın günlərdəki epidemioloji vəziyyətdən, gündəlik yoluxanların və ölənlərin sayından asılı olacaq. Əgər yenidən sərt karantin rejiminə keçmək istəmiriksə və son günlər gündəlik yoluxma sayındakı azalma dinamikasının davamlı olmasını istəyiriksə, karantin qaydalarına ciddi əməl etməyimiz vacibdir. Çünki təhlükə hələ sovuşmayıb. Belə ki, Hindistan ştammının yayılması və 4-cü dalğanın başlanması ehtimalı hələ də qalmaqdadır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər