Türkiyənin cazibədar müğənnisi Bakıda-FOTOLAR

517

Türkiyənin tanınmış müğənnisi Ebru Polad aprelin 19-da axşam saatlarında Bakıya gəlib. Lent.az-ın məlumatına görə, prodüser Pərviz Əsgərovun təşəbbüsü ilə Bakıya gələn müğənni yaxın rəfiqəsi, gənc ifaçı Afaqın ilk albom təqdimatında iştirak edəcək.

Bakının dəbdəbəli otellərinin birində yerləşən Ebru şəhərimizi çox bəyəndiyini deyib. Əməkdaşımızla söhbəti zamanı müğənni bir neçə maraqlı məqama da toxunub: “Biz qardaş ölkəyik, ona görə də özümü yad bir şəhərdə hiss etmirəm. Havalar İstanbuldan daha soyuq olsa da insanların istiliyini elə təyyarədən enən kimi hiss etdim. Rəfiqəm Afaqın təqdimatı ilə yanaşı, şəhərinizi doyunca gəzməyi də planlaşdırıram. Bura sonuncu dəfə 4 il öncə gəlmişdim. Bakı çox gözəldir”.

Türkiyəli ulduz paytaxtımızda konsert proqramı ilə çıxış edəcəyini də istisna etməyib: “Bu dəfə konsert üçün gəlmədim. Sırf dostuma görə buradayam. Ancaq anons edim ki, yay aylarında Bakıda çıxış etməyi düşünürəm. Hazırda bir neçə ölkədə konsert turum var. Hər həftə ən azı iki konsert proqramı ilə çıxış edirəm”.

Ebru şəxsi həyatı barədə suallarımızı da cavablamaqdan çəkinmədi. İfaçı hazırda tək olduğunu dilə gətirsə də azərbaycanlı kişi ilə evlənmək istədiyini də zarafatyana bildirdi: “Həyatımda boşluqdur. Amma azəri bir bəylə evlənməyi planlaşdırıram (gülür). Bəlkə bu işdə mənə elə rəfiqəm kömək oldu. Zarafatı bir yana qoysaq, mən sizin xalqı çox sevirəm. Bir millət hesab edirəm. Doğma və mehribansız. Niyə də bir evlilik olmasın? Ebru Gündəş ailə qurdu, məsələn. Çox da xoşbəxtdir. İkinci bir Ebru çox olmaz ki?! Bilirəm ki, məni də burada sevənlər var. Artıq bir neçə pərəstişkarlarım sosial şəbəkədə mənə yazıb, harada olduğumu soruşurlar, məni görmək istəyirlər. Bu, mənə çox xoş gəlir”.

 

Onu da qeyd edək ki, Ebru yerli sənətçilərimizdən xalq artisti Aygün Kazımovadan başqa heç kimi tanımadı: “Mən sizin Aygün Kazımovanı tanısam da, bir tək Afaqı dinləyirəm. Anons da etmək istəyirəm ki, hər kəs hazır olsun, çünki yerli şou-biznesə, maqazin dünyasına çox güclü bir səs gəlir”.

“Afaq sizin gəlməyiniz üçün nə qədər qonorar ödəyib” sualına isə müğənni lap təəccübləndi: “Vay-vay, nə pul, nə danışırsınız? Mən, əksinə, bura gəlmək üçün bir neçə konsertimi təxirə salıb, puldan vaz keçmişəm. Afaq mənim çox yaxın rəfiqəmdir və mən onu tək qoya bilməzdim”.

Onu da qeyd edək ki, Ebdu Poladın qatılacağı tədbir baza ertəsi günü baş tutacaq. Mərasimdə yerli sənətçilərimiz də çoxluq təşkil edəcək.

Türkan Məmmədli, lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər