Türkiyənin tanınmış şairi vəfat edib

836

Türkiyənin tanınmış şairlərindən “Küçük İsgəndər” adı ilə məşhurlaşan Dərman İsgəndər Över vəfat edib.

APA-nın xəbərinə görə, 55 yaşlı şairin ötən il xərçəng xəstəsi olduğu üzə çıxıb. Bir illik müalicə nəticəsiz qalıb və o, yaşadığı Bodrumda vəfat edib.

1964-cü ildə İstanbulda anadan olmuş şairin şeirləri Türkiyənin bir çox məşhur qəzet və jurnalında çap edilib. Daha sonra bir neçə kitabı nəşr olunan “Küçük İsgəndər” Türkiyə ilə yanaşı, Kanada, İtaliya, Almaniya və digər ölkələrdə mükafatlara layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər