Turnir başlayır

783

“168 saat” qəzeti, İREX təşkilatı və “Min bir gecə” hədiyyələr mağazası intellektual oyun keçirir

“Min bir gecə” hədiyyələr mağazasının sponsorluğu, “168 saat” qəzetinin və İREX təşkilatının birgə təşkilatçılığı ilə intellektual turnir keçiriləcək. Turnirin iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Komandalar ilk olaraq qrup mərhələsində yarışacaqlar. Daha sonra qrup liderləri finala vəsiqə qazanacaq. Turnirdə hər biri 4 nəfərdən ibarət olmaqla 16 komandanın iştirakı nəzərdə tutulur.

Qalib komandanın üzvləri “Min bir gecə” hədiyyələr mağazasından hədiyyələrlə və sertifikatlarla mükafatlandırılacaq. Turnirin ikicisi isə təşkilatçı tərəflərin sertifikatına layiq görüləcək.

Son müraciət günü sentyabrın 4-dür.

İştirak etmək istəyən şəxslər şəxsiyyəti təsdiq edən sənədin surəti ilə bu ünvana müraciət etməlidirlər:

3-cü mikrorayon, “Kosmos” Məişət Evinin (Mübariz Şadlıq evi)birinci mərtəbəsi, Sumqayıt icma məlumat Mərkəzi.

Əlaqə telefonları: 018 64 2 48 44

055 826 19 86

050 625 04 39

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər