Ukraynada silah anbarında partlayış - 20 min nəfər təxliyə edilib - VİDEO - YENİLƏNİB

1387

Ukraynanın şimalında yerləşən Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığında hərbi anbarda baş verən partlayışla əlaqədar 20 min nəfər təxliyə edilib. 

Report UNİAN agentliyinə istinadən xəbər verir ki, hadisə yerinin 16 kilometrliyində yerləşən 30 yaşayış məntəqəsinin sakinləri köçürülüb.

Bundan başqa, Çerniqov vilayətində 20 km radiusunda hava məkanın bağlanıb, bölgə istiqamətində qatarların və avtomobillərin hərəkəti dayandırılıb.

Anbarın yerləşdiyi sahə 680 ha-dır.

09:53

Ukraynada partlayış olub.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Ukraynanın Çerniqov vilayətindəki silah anbarında partlayış baş verib.

Bu barədə məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb. Məlumatda bildirilir ki, Kiyevdən 176 km məsafədə baş verən partlayış nəticəsində xəsarət alan yoxdur.

Hazırda yaxınlıqda yaşayan sakinlər evakuasiya edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər