Ulu Öndər Azərbaycan tarixinin yeni, parlaq bir səhifəsini yazdı

619

Hər bir siyasi lider, hər şeydən əvvəl, öz milli reallıqlarının ideal məhsuludur, əgər sosial-siyasi kontekstdən yanaşsaq, öz ölkəsinin siyasi quruluşunun və siyasi mədəniyyətinin bilavasitə təsiri altında formalaşan şəxsiyyətdir. Liderin özünü adekvat qiymətləndirməsi də daha obyektiv olaraq məhz milli reallıqlara, həmin gerçəklikdə cərəyan edən hadisələrə münasibətlərlə, siyasi elita və hakimiyyət problemindən irəli gələn konfliktlərin xarakteri ilə bağlı olur.

Məlum olduğu kimi xx əsr milli reallıqlarımız o qədər də rəvan sosial məcrada keçməmiş, Azərbaycan xalqının tarixinə sarsıntılı siyasi hadisələrin palitrası ilə daxil olmuşdur. Lakin tarix öz hökmünü zamanında verir. Bu dəfə də belə oldu. Milli Azadlıq Hərəkatının sosial sarsıntıları özünün real gerçəkliyi ilə təsadüfləri kənara atdıqdan sonra milli müstəqilliyin başında durmalı olan qüvvələri üzə çıxardı. Bu qüvvələrə Ulu Öndər Heydər Əliyev kimi bacarıqlı, müdrik, uzaqgörən və xarizmatik liderin rəhbərliyi lazım gəlirdi. Milli Azadlıq Hərəkatının ilk illərinin yaratdığı eyforiya, xaotik, utopik, xəyalpərvər ideyalar tədricən səngiyib aradan çıxdı. Onun yerini milli müstəqilliyin real-praktiki tələblərini vaxtında qiymətləndirə bilən qüvvələr tutdu. Bu qüvvələrə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yeni, parlaq bir səhifəsini yazdı. Onun liderlik fəaliyəti Azərbaycan dövlətçiliyi tarixinin mühüm mərhələsinin əsasını qoydu.

Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə ikinci qayıdışının təməli Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevin yekdilliklə sədr seçilməsi ilə qoyulmuş oldu. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoymuş oldu. 4 iyun 1993-cü il hadisələri Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyini qaçılmaz etdi. Nəhayət 1993-cü ilin 15 iyun günü tariximizə qurtuluş günü kimi daxil oldu.

Tanrının Azərbaycan xalqına ən böyük töhfəsi, uzaqgörən strateq və mahir taktik olan Heydər Əliyev siyasi situasiyanı təkcə lokal səviyyədə deyil, həm də qlobal miqyasda dəqiq qiymətləndirməyi, mümkün sosial inkişaf variantlarından yeganə, ən düzgün olanını seçməyi bacarırdı. Siyasi mübarizənin bütün incəliklərinə bələd olan Heydər Əliyev siyasi gedişləri zərgər dəqiqliyi ilə seçməyi bacardığından həm Moskva həyatı, həm də Naxçıvandakı fəaliyyəti zamanı mürəkkəb siyasi kombinasiyalarla düşmən həmlələrini zərərsizləşdirə, siyasi müttəfiqləri öz ətrafına cəlb edə bilmişdi. Moskva qəzetlərindən biri onun haqqında çox dəqiq bir ifadə işlətmişdi: “Hakimiyyət ustası”.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımız tam əmindir ki, Umummilli Liderimiz Heydər Əliyevin irəli sürdüyü ideyalar əsasında Azərbaycan Respublikası XXI əsrdə güclü, qüdrətli və daim çiçəklənən bir məmləkətə çevriləcəkdir.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər