Ulu öndər Heydər Əliyevin 95-ci ildönümü münasibətilə Sumqayıtda konfrans keçirilib – FOTOLAR

1887

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının Qadınlar şurasının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 – ci ildönümü ilə bağlı  “Heydər Əliyev nadir siyasi xadim, milli rəhbər, dahi şəxsiyyətdir” mövzusunda konfransı keçirilib.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransı YAP şəhər təşkilatının Qadınlar şurasının sədri Nazilə Cəlilova açaraq  mövzuətrafında konfrans iştirakçılarına geniş məruzə etmişdir.

Konfransda  YAP Sumqayıt şəhər təşkilatının Qadınlar şurasının sədr müavini Səidə Səfərova “Heydər Əliyev və qadın siyasəti”,  Heydər Əliyev mərkəzinin direktoru Aygün  Zülfüqarlı “Heydər Əliyev və Sumqayıt”, İstedad Liseyinin Qadınlar şurasının sədri  Tinatin  Zərbəliyeva “Heydər Əliyev və təhsil”, 3 saylı poliklinikanın baş həkimi Zenfira Saniyeva “Heydər Əliyev və səhiyyə”,  YAP Sumqayıt şəhər təşkilatının Gənclər birliyinin üzvu Arzu Bəndəliyeva “Heydər Əliyev və Gənclik” mövzusunda çıxış etmişdir.

Konfransın sonunda Ulu öndər Heydər Əliyevə həsr olunmuş film izlənilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər