Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş tədbir keçirilib

1625

Sumqayıt şəhər İcra Hakimiyyəti nəzdində Təmizlik Departmanti və Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzdində Təmizlik Departmantinin əməkdaşı YAP Sumqayıt şəhər təşkilatının ərazi ilk təşkilatının sədri Ramil Fərəcov tədbiri açaraq Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzdində Təmizlik Departmantinin baş direktoru Məmmədov Məhəmməd, baş direktorun müavini Müşfiq Quliyev, təhlükəsizlik şöbəsinin mühəndisi Məhəmməd Fərəcov, baş mühəndis Ramil Tağıyev, abonent şöbəsinin rəisi Qəhramanov Taleh , YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin aktiv gənc xanımları Nigar Vəliyeva və Ramil Sadıqova çıxış etmişdilər.
Yekun sözlə YAP Sumqayıt şəhər təşkilatı gənclər ilə iş üzrə sədr müavini Elmar Xəlilov çıxış edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər