Ümummilli lider Heydər Əliyev Sumqayıtda anıldı

738

Sumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, milət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar, sənədli film izləyiblər.

Vurğulanıb ki, Sumqayıtın ən yeni tarixində misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev 34 illik rəhbərliyi dövründə şəhərə 16 dəfə səfər edib. Məhz Ümummilli Liderin həssas münasibəti Sumqayıtın sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına güclü təkan verib.

Qeyd olunub ki, son 19 ilin mənzərəsi göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Sumqayıt inkişaf edərək iri sənaye mərkəzlərindən birinə çevrilib.



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər