Universitetlərə imtahansız qəbul: proses NECƏ KEÇDİ?

2932
Bu il ilk dəfə olaraq subbakalavrlar imtahansız ali məktəblərə qəbul olmaq hüququ qazanıblar.
Mövzu ilə əlaqədar Lent.az -a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, “Təhsil haqqında” Qanuna edilmiş dəyişiklikdən bu il 4 774 nəfər subbakalavr (kollec məzunları) yararlanıb:
“Qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Kooperasiya Universitetinə (489 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (334 nəfər), Bakı Biznes Universitetinə (319 nəfər) və Sumqayıt Dövlət Universitetinə (306) qəbul olunub.
Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.92%-nin, Bakı Biznes Universitetinə qəbul olunanların 51.45%-nin, Azərbaycan Kooperasiya Universitetinə qəbul olunanların 39.44%-nin subbakalavrlar olduğunu görərik. Onlar üçün proses iyul ayında başlamışdı.
Belə ki, subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirdilər. Tələb olunan məlumatlar isə “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur.
Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməli idilər”.
K.Əsədov qeyd edib ki, subbakalavrlar üçün müsabiqədə iştirak ödənişsiz baş tutub:
“Kollec məzunları olan subbakalavrlar heç bir imtahan vermirdilər. Belə ki, subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edirdilər. Məsələn: I, II, III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edirdilər”.
Təhsil eksperti son olaraq deyib ki, ixtisas seçimi zamanı eyni bir yerə biri abituriyent, digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunur:
“Bundan başqa subbalakavr kimi ali məktəbə qəbul olmaq istəyən kollec məzununun diplomunda subbakalavr sözü olmalıdır”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər