Ustadan HEYRƏTAMİZ MƏSLƏHƏT: bunu etsəniz, maşınınız qarət olunmayacaq

691
Son zamanlar respublikada qeydə alınan kriminal statistikada avtomobildən oğurluq faktlarına çox rast gəlinir. Hətta bəzi günlər 3-4 və daha çox belə hadisə baş verir. Görəsən, avtomobillərin qapısını açmaq, şüşəsini sındırmaq bu qədərmi asandır? Müasir texnologiyaya əsaslanan siqnalizasiya sistemləri problemin qarşısında acizdirmi?

Usta-elektrik Hacı Nəcəfov Lent.az -a müasir oğurluq texnologiyalarının Azərbaycana hələ ki gəlib çatmadığını da bildirib:

“Ən çox belə oğurluq halları sovet istehsalı olan avtomobillərdə baş verir. Həm də Onları həm də tez işə salıb aparmaq asandır. Son model avtomobillərin mühərrikinin açar olmadan işə salınması çox çətindir. Modellər ildən-ilə yeniləşdikcə, bu proses daha da çətinləşir. Ancaq oğrular üçün heç bir avtomobil önəm daşımır. Onlar istənilən avtomobildən öz üsulları ilə oğurluq edə bilirlər. Buna baxmayaraq, yenə də sovet istehsalı olan maşınlardan oğurluq etmək daha asandır.
Azərbaycanda oğurluğun əsas üsulu elə keçmişdəki kimidir. Heç bir üsul baş tutmayanda, maşının şüşəsini qırıb məqsədlərinə nail olurlar. Ancaq dünyada olan bir üsul hələ Azərbaycana gəlib çatmayıb. Avtomobilin saxlandığı yerə yaxın məsafəyə xüsusi texnologiya ilə hazırlanan cihaz yerləşdirilir. Sürücü pult vasitəsilə onu açıb-bağlayanda cihaz həmin dalğaları əldə edir. Sürücü getdikdən sonra rahat şəkildə maşının qapısını açıb oğurluq edə bilirlər”.
Ustanın açıqlamasından da göründüyü kimi, sovet maşınlarından oğurluq edilməsi və hətta sürülüb aparılması cinayətkarlar üçün daha əlçatandır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər